Məşhur britaniyalı aktyor, 25-dən artıq bədii filmə çəkilən Kristofer Li 93 yaşında vəfat edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qocaman aktyor təbii səbəblərdən həyata vida edib.
Müharibədən sonra 1948-ci ildə aktyor kurslarını bitirərək professional səhnə fəaliyyətinə başlayıb. Kristofer Li karyerası boyu 9 dəfə qraf Drakula obrazını canlandırıb. Bundan başqa, 1974-cü ildə Ceyms Bondun sərgüzəştlərindən bəhs edən "Qızıl tapançalı adam” filmində əsas mənfi rolu ifa edib.
Kristofer Linin son filmlərinə gəldikdə, o, "Ulduz müharibələri”ndə (1997-1999) qraf Duk, "Üzüklərin hakimi” (2001-2003) və Hobbit (2012-2014) trilogiyalarında kahin Saruman obrazını ifa edib.
Böyük Britaniya qarşısında xidmətlərinə görə Kristofer Li 2009-cu il noyabrın 5-də Bukinqem sarayında şahzadə Çarlz tərəfindən cəngavər titulu ilə mükafatlandırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !