“Sovetski”nin bu yolları bağlanır

16:00 | 06.06.2017
“Sovetski”nin bu yolları bağlanır

“Sovetski”nin bu yolları bağlanır

Yasamal rayonu "Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

"Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti