Soyqırımı qurbanlarının xatirəsinə Xocalıda abidə ucaldılacaq

16:10 | 13.11.2023
Soyqırımı qurbanlarının xatirəsinə Xocalıda abidə ucaldılacaq

Soyqırımı qurbanlarının xatirəsinə Xocalıda abidə ucaldılacaq

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan abidə ucaldılacaq.

"Report"un əldə etdiyi məlumata görə, abidə Xocalı şəhərində qoyulacaq.

Hazırda abidə ucaldılacaq ərazidə hazırlıq işləri və təmizləmə əməliyyatları həyata keçirilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən orada azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb