Bu, Rusiyanın 1987-ci il tarixli orta və kiçik mənzilli raketlərin (OKMR) məhv edilməsinə dair müqavilənin poehtimalına qarşı atılan cavab addımı ola bilər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın administrasiyası hal-hazırda "Rusiya təcavüzü”nə qarşı fəaliyyət tədbirlərini müzakirə edirlər.
Agentliyin məlumatına əsasən, yer tipli raketlərin yerləşdirilməsi variantı Amerika nüvə silahının lazım olduğu halda Rusiyanın ərazisində hərbi obyektləri məhv etmək imkanlarını artırmaq üçündür.
Nəşr üçün mənbə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Martin Dempsinin məruzəsinin çıxarışları olub.
Qeyd edək ki, keçən əsrin 70-ci illərində soyuq müharibənin qızğın dövründə, Sovet İttifaqı tərəfindən orta mənzilli RSD-10 ballistik raketlərinin sayının artırıldığı bir dövrdə, ABŞ Avropada orta mənzilli "Perşinq-2” ballistik raketlərinin yerləşdirilməsi haqqında qərar qəbul etdi. Bu raketlər keçmiş SSRİ ərazisində hədəfləri 7-10 dəqiqə ərzində məhv edə bilərdilər.
Uzun sürən danışıqlardan sonra tərəflər orta mənzilli raketləri məhv etmək qərarına gəldilər və 1987-ci ildə bu barədə müqavilə imzaladılar. Amma bu gün Rusiyada orta mənzilli raketlərin məhv edilməsinə dair müqavilənin ləğv edilməsinin labüdlüyü barədə fikirlər səslənir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !