S&P: “2025-ci ilə qədər Azərbaycanda inflyasiya 3%-ə qədər azalacaq”

23:00 | 22.01.2022
S&P: “2025-ci ilə qədər Azərbaycanda inflyasiya 3%-ə qədər azalacaq”

S&P: “2025-ci ilə qədər Azərbaycanda inflyasiya 3%-ə qədər azalacaq”

"2022-ci ildə Azərbaycanda inflyasiya orta hesabla 6,5% təşkil edəcək, 2025-ci ilə qədər isə 3%-ə qədər azalacaq".
 
Bu barədə "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. 
 
Qurumun proqnozlarına görə, 2023-cü ildə istehlak qiymətlərinin orta artımı 4,5%, 2024-2025-ci illərdə isə 3% təşkil edəcək.
 
"2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil etməklə bizim əvvəlki proqnozlarımızı üstələdi. Bu, 2015-ci ildə manatın ikili devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illərdən sonra ən yüksək göstəricidir. Hazırki qiymət artımı digər ölkələrdə olduğu kimi pandemiyadan sonra iqtisadiyyatın yenidən təkrar açılmasının, ərzaq məhsullarının qiymətlərinin inflyasiyasının və bəzi inzibati qiymət artımlarının, o cümlədən ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin artmasının fəsadları ilə bağlıdır”, - deyə məlumatda qeyd olunub. 
 
Azərbaycan hökuməti 2022-ci ildə inflyasiyanın 3,6% səviyyəsində olacağını proqnozlaşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb