"Standard & Poor's"in (S&P) aparıcı iqtisadçısı Beth Ann Bovino Federal Rezerv Sisteminin (FES) bu il faiz artımına getməsinin gözlənilmədiyini deyib.
anews.az xəbər verir ki, o, Harvi qasırğasından sonra ABŞ-da iqtisadi artımın üçüncü rübdə yavaşlayacağını bildirib.
FES-in Dallas üzrə rəhbəri Robert Kaplan isə bildirib ki, faiz artımı məsələsində səbirli olmaq vacibdir. O, faiz artımını dəstəklədiyini, lakin bunun inflyasiya səviyyəsinin necə dəyişəcəyindən asılı olacağını deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !