Milli Məclisin növbədənkənar sessiyası bu gün başa çatsa da parlament tətilə çıxmayıb.
Milli Məclis sədri Oqtay Əsədov növbədənkənar sessiyanın başa çatdığını bildirib və qeyd edib ki, sessiya bitsə də, Milli Məclis işini iyulun 15-nə kimi davam etdirəcək.
O.Əsədov Milli Məclisin tətilə çıxmamasını Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqələndirib.
“Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlər keçirilir. ATƏT-in Parlament Assambleyasının yay sessiyası Bakıda keçiriləcək. İstəyirəm bu tədbirlərdə aktiv iştirak edəsiniz”.
Azvision.az
Bizi sosial şəbəkələrdə izləyin !