“Bu, yalnız Ukrayna üçün təhlükə deyil, həm də Avropa üçün təhlükə, NATO-ya qarşı müharibədir”.
APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov Litva prezidenti Dalya Qribauskayte ilə görüşündə Ukraynadakı vəziyyəti şərh edərkən deyib.
Aleksandr Turçinov Qərbi Kiyevə hərbi dəstək verməyə çağırıb: “Bizim müasir silahlara, təyyarələrə və havadan müdafiə sistemlərinə ehtiyacımız var”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !