Spikerlə deputat arasında mübahisə: "Sizi o səs yazısına qulaq asmağa məcbur edəcəyəm" - VİDEO

14:07 | 03.08.2021
Spikerlə deputat arasında mübahisə:

Spikerlə deputat arasında mübahisə: "Sizi o səs yazısına qulaq asmağa məcbur edəcəyəm" - VİDEO

 Mənə dəfələrlə polis qanun pozdu deyə şikayət edirlər.
 
Anews.az-ın xəbərinə görə bu sözləri parlamentin bugünki iclasında deputat Tahir Kərimli Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı Baş prokrorun təqdimatına münasibət bildirərkən deyib.
 

 
 
"Bu hadisə ilə Milli Məclis xalqın gözündə kiçildi. Polis əslində rəisinə müraciət etməli idi. İndi biz nə etməliyik? Polisə hərbi salam verməliyik? Bu, o deməkdir ki, polisin adamı var, deputatın yoxdur. Bəli, Eldəniz Səlimov cəzalandırılmalıdır. Amma biz özümüzü bu qədər aşağılayırıq. Onda elə camaat düz deyir də, parlament elə buraxılsın, yenidən formalaşsın".


Spiker Sahibə Qafarova isə Tahir Kərimliyə sərt şəkildə cavab verib: "Sizin çıxışınız başadüşülən deyil. Bu nə deməkdir ki, Milli Məclisin yiyəsi yoxdur? Milli Məclisin yiyəsi xalqdır, dövlətdir. Mən sizi dəvət edəcəyəm və sizi məcbur edəcəm ki, o səs yazısına qulaq asasınız, o zaman kim kimi  təhqir edib görərsiniz " deyə spiker əlavə edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb