• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Azərbaycanlı şahmatçı ermənini darmadağın etdi

Azərbaycanlı şahmatçı ermənini darmadağın etdi
09.09.2015 13:05
Xantı-Mansiyskdə keçirilən şahmat üzrə Dünya çempionatının 7-ci turunda turnirin lideri müəyyənləşdirilib.

Oxu.Az xəbər verir ki, Polşadan olan reytinq-favorit Kşiştof Duda Yorden Van Forestə (Hollandiya) qarşı görüşündə qələbə polşalı şahmatçıya nəsib olub. Opponenti üzərində qələbədən sonra onun 6 xalı olub.

Ülvi ondan yarım xal geridədir, Ermənistandan olan Karen Qriqoryanı ağ fiqurlarla oynamasına və reytinqdə 2609 ELO vahidi olmasına baxmayaraq qara fiqurlar ilə darmadağın edib, bu, Bacaraninin reytinqindən 74 bənd yuxarı idi. Riskli debüt Bacaraninin rəqibini uzun müddət düşünməyə vadar edib, erməni artıq əminliklə oynamırdı, Ülvi isə bundan istifadə etdi. İstirahət günlərindən sonra baş tutacaq səkkizinci turda o, K.Duda ilə qarşılaşacaq və ağ fiqurlarla birinci lövhədə oynayacaq.

Qalan şahmatçılarımız isə elə də sevindirici nəticələr əldə etməyiblər. Nicat Abbasov Norveçdən olan beynəlxalq usta Arian Tari ilə heç-heçə oynayıb və 4,5 xal toplayıb. Misrəddin İsgəndərov isə argentinalı Alan Pişotun güclü hücumuna məruz qalıb. Onun aktivində 7 partiyadan 3 xal qalıb.

Qızların turnirində Günay Məmmədzadə qazaxıstanlı Jansay Abdulmalik ilə görüşüb. Şahmatçımız Jansayın hücumunu dəf edə bilmədiyi üçün lider qrupundan geridə qalıb. Günayın hələlik 4,5 xalı var.

Liderlərə Səbinə İbrahimova yaxındır. O, monqol şahmatçısı Bayarma Bayarjarkala qalib gəlib və indi Səbinənin 7 oyundan sonra 5 xalı var. Ülviyyə Fətəliyeva 3,5 xal, Aytən Əmrayeva isə 3 xal toplayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
İdman 20:15
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib
"Qarabağ" səfərdə qələbə qazandı -Yenilənib
İdman 00:53
"Qarabağ" səfərdə qələbə qazandı -Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 23:16
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
İdman 21:45
“Qarabağ” “Şkendiya”ya qalib gələrək pley-off mərhələsinə yüksəlib - Yenilənib
"Traktor" İran Superkubokunun qalibi olub
İdman 23:05
"Traktor" İran Superkubokunun qalibi olub
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
İdman 23:54
"Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - Yenilənib
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
İdman 00:10
“Qarabağ” - “Şkendiya” matçının biletləri satışa çıxarılır
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
İdman 23:30
Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
İdman 21:30
Portuqaliya klubunun futbolçuları üzərində Dioqu Jotanın təsviri olan forma ilə çıxış edəcəklər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol