Messi 2 ay oynamayacaq
"Barselona" - nın Argentinalı hücumçusu Lionel Messinin son durumu müəyyənləşib.
Trend-in komandanın saytına istinadən verdiyi xəbərə görə, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas" - a qarşı oyunda zədə alan Argentinalı tibbi müayinədən keçib.
Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, L.Messi "Las Palmas" - a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox