Cüdoçularımız ilk yarış günündə 7 medal qazanıblar

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. ANS PRESS-in məlumatına görə, Azərbaycan cüdoçuları elə ilk yarış günündə mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar. Ölkəmizə medalları qazandıran idmançılar aşağıdakılardır:
Rövşən Əliyev (50kq), Vüsal İbrahimov (55 kq) və Şəfəq Həmidova (44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar.
Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.
Bir neçə gün əvvəl yeniyetmə cüdoçularımız Qazaxıstandan 3 medalla vətənə qayıdıblar. Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnir başlayıb. Bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 