• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Rio-2016: Daha bir medal qazandıq

Rio-2016: Daha bir medal qazandıq
16.08.2016 17:19
Bu gün Rio Olimpiyadasında kayak yarışlarında final yarışları baş tutub.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya həlledici mərhələdə mükafatlar uğrunda mübarizə aparıb.

Bir nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü 8 idmançı ilə birlikdə medal üçün yarışıb.

Həlledici yürüşdə onun rəqibləri qazaxıstanlı İnna Klinova, İsveç təmsilçisi Linnea Stensils, fransalı Sarah Quyot, Yeni Zelandiyadan Liza Karrinqton, polşalı Marta Valçikeviç, ispan Tereza Rivas Portela və sloveniyalı Spela Yaniç Ponomarenko olublar.

Yürüş Karrinqtonun qələbəsi ilə başa çatıb. O, 4 il öncə olduğu kimi yenə Olimpiya çempionu olub. Yeni Zelandiya təmsilçisi 200 m məsafəni yeni Olimpiya rekordu ilə qət edib – 39,864 saniyə.

İkinci yeri 2012-ci ildə 5-ci olan Valçikeviç tutub (40,279). 4 il öncə yalnız Lizadan geri qalıb, ikinci pillədə qərarlaşan İnna bu dəfə 3-cü yerlə kifayətlənib. Kayakçımız liderdən 0,537 saniyə geri qalıb.

Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol