Mahir Emreli Polşada daha bir qol vurdu - Video
![Mahir Emreli Polşada daha bir qol vurdu - Video Mahir Emreli Polşada daha bir qol vurdu - Video](https://anews.az/photo/850x500/2021-09/1632337563_mahir.jpg)
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
"Qafqazinfo" xəbər verir ki, Varşava təmsilçisi səfərdə aşağı liqa klubu "Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Emrelinin Polşa kubokunda ilk qoludur.
"Suvalki" - "Legiya" - 1:3
Qollar: Miçalski, 40 (1:0), Kostors, 42 (1:1), Kastrati, 65 (1:2), Emreli, 80 (1:3)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)