• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb
16.11.2022 18:30

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundialın ilk günündə millinin 2 üzvü mərhələ adlayıb.

Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.

Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən idmançı rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.

Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tayland), Rza Rzazadə (75 kq) Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıb.

Dünya çempionatında bu gün yığmanın daha 2 boksçusu mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcək.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
İdman 18:25
"Neftçi"– “Qarabağ” matçının biletləri satışa çıxarılıb
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
Qurban  Qurbanovun oyun sonrası şərhi
İdman 00:28
Qurban Qurbanovun oyun sonrası şərhi
İdman 23:43
"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Cəmiyyət 15:46
Rafael Ağayev Karate Federasiyasındakı vəzifəsindən ayrılıb? - AÇIQLAMA
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
İdman 22:15
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
İdman 20:26
Bakıda cüdo üzrə şəhər birinciliyi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol