• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

“Baku Open 2024” şahmat festivalı başa çatıb

“Baku Open 2024” şahmat festivalı başa çatıb
04.07.2024 13:42
Bakı İdman Sarayında təşkil olunan "Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında 5-ci tur başa çatıb.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, beş turdan sonra A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalır və 4-9-cu yerləri bölüşdürür.

B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə birinci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tutur.


Turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edirlər.


Yarışın ümumi mükafat fondu isə 50 000 ABŞ dollarına bərabərdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol