• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Olimpiadanın təşkilatçıları xristianlardan üzr istəyib

Olimpiadanın təşkilatçıları xristianlardan üzr istəyib
29.07.2024 15:39
Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi  açılış mərasimində Leonardo da Vinçinin "Son şam yeməyi” əsərinin parodiyasına görə xristianlardan  üzr istəyib. 

"Aydındır ki, heç bir dini qrupa hörmətsizlik etmək niyyətimiz yox idi. Açılış mərasimi cəmiyyətdə tolerantlığı təşviq etmək məqsədi daşıyırdı”, -  Kommunikasiya Direktoru Enn Dekamps bildirib.

Olimpiadanın açılış mərasimi, İsa Məsih və onun şagirdlərinin yerinə saqqallı qadın və qadın paltarı geyinmiş kişilərin olduğu "Son Şam yeməyi"nin parodiyasına görə tənqid olunub. 
 
Fransalı siyasətçi Marion Mareşal və Milli Ralli Partiyasının Milli Assambleyasının üzvü Marin Le Pen şounu Fransa ilə əlaqələndirməməyə çağırıb. Həmçinin, Fransa Yepiskoplar Konfransı (CEF) hesab edib ki, açılış mərasimi zamanı "xristianların istehza və məsxərəsi” səhnələri göstərilib.

X sosial şəbəkəsinin sahibi Elon Mask da bu səhnəni tənqid edənlərdən biri olub.

Həmçinin Vatikan kilsəsi də məsələ ilə bağlı açıqlama yayıb.

Bu etirazlardan sonra isə təşkilatçılar həmin səhnənin görüntülərini Youtube  kanalından silib və üzr mətni yayıblar.
 
Olimpiadanın açılış mərasimi iyulun 26-da Sena çayı sahilində baş tutub. Olimpiada avqustun 11-də başa çatacaq. 
 
 
N.Təbrizli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
İdman 18:45
AFFA hava şəraitinə görə oyunları təxirə salıb
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
İdman 20:19
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 23:57
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
İdman 16:19
"Qarabağ" Premyer Liqada "Şamaxı"ya qalib gəlib
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
İdman 12:44
Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
“Sevilya” Juninyo üçün təklif göndərib
İdman 23:05
“Sevilya” Juninyo üçün təklif göndərib
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
İdman 22:56
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
İdman 18:57
Azərbaycanın FİFA referilərinin yeni siyahısı açıqlanıb
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
İdman 01:50
“Qarabağ” “Elfsborq”a məğlub olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol