Qara görə bu oyunlar təxirə salınıb

Bakıda və regionlarda mövcud olan qarlı hava şəraiti ilə əlaqədar bir neçə oyun təxirə salınıb.Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
PFL-in əvəlcədən fevralın 24 və 25-də təyin etdiyi oyunların siyahısı
24 fevral (bazar ertəsi)
“Göygöl” – “Saatlı-Araz”
Göygöl OİK stadionu, 14:00
“Hypers Guba” – “Şəmkir”
Quba OİK stadionu, 14:00
“Sheki City” – “Lerik”
Şəki şəhər stadionu, 14:00
25 fevral (çərşənbə axşamı)
“Şəfa” – “Dinamo”
“ASK Arena”, 14:00
“Şahdağ Qusar” – “Kür-Araz”
Şamaxı OİK stadionu, 14:00
“Ağdaş” – “Şimal”
Ağdaş şəhər stadionu, 14:00
“Qusar” – “Füzuli”
“Kapital Bank Arena” (ehtiyat meydança), 15:00.
Son xəbərlər
Daha çox 