• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib

Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib
24.03.2025 22:06

Azərbaycan Karate Federasiyası (AKF) Dünya Karate Federasiyasına (WKF) rəsmi üzv qəbul edilib.

Bu barədə AKF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, əvvəllər ölkəmizdə 20-ə yaxın üslub üzrə karate federasiyaları mövcud idi. Lakin son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və  "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarına əsasən, "Azərbaycan Respublikasının ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik respublika idman federasiyası qismində akkreditasiya oluna bilər". Göründüyü kimi bu qanunun tələblərinə uyğun olaraq karate idman növü üzrə Azərbaycanda akkreditasiyadan keçmiş yeganə federasiya Azərbaycan Karate Federasiyasıdır.

Azərbaycan Karate Federasiyası (AKF) prezidenti Ülvi Quliyevin rəhbərliyi altında ölkədə müxtəlif karate üslublarının vahid sistem altında birləşdirilməsi, karate idman növünün inkişafı və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlar, bu idman növünün inkişafına mühüm töhfələr və dəstək verməkdədir.

Məhz bu islahatların bariz nümunəsi olaraq, AKF yeni tərkibdə formalaşmış və Dünya Karate Federasiyasına üzv qəbul edilmişdir

Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA "Traktor"u təbrik edib
İdman 18:43
AFFA "Traktor"u təbrik edib
“Traktor” ilk dəfə İran çempionu olub
İdman 22:20
“Traktor” ilk dəfə İran çempionu olub
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
İdman 18:30
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol