• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub

Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
06.04.2025 23:30

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.Bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

İkinci yarış günü Azərbaycan milli komandası üçün uğurlu alınıb. Cüdoçular 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

Kişilərin mübarizəsində -90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Kərim Allahverdiyev isə -81 kq çəkidə gümüş medala sahibi olub.

Qadınlar arasında 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb. 57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millinin hesabına daha bir qızıl medal əlavə edib.

İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdı.

Yekunda Azərbaycan milli komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa Kubokunda 39 ölkədə arasında birinci olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
AFFA "Traktor"u təbrik edib
İdman 18:43
AFFA "Traktor"u təbrik edib
“Traktor” ilk dəfə İran çempionu olub
İdman 22:20
“Traktor” ilk dəfə İran çempionu olub
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
İdman 18:30
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
İdman 22:00
“Qarabağ” 12-ci dəfə Azərbaycan çempionu olub
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
İdman 19:47
Zelim Kotsoyev Avropa çempionatında gümüş medal qazanıb
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
İdman 16:57
UEFA Roma Papasını bir dəqiqəlik sükutla yad edəcək
"Qarabağ" finala vəsiqə qazanıb
İdman 20:26
"Qarabağ" finala vəsiqə qazanıb
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
İdman 20:31
Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
İdman 10:03
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol