• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib

Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
01.08.2025 22:33

28 iyul-1 avqust tarixlərində Bakıda, Milli Gimnastika Arenasında ilk dəfə olaraq Avropa Gimnastikasının batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Avropa Gimnastikasının təşəbbüsü və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan bu təlim-məşqə Azərbaycanla yanaşı, İtaliya, Çexiya, Danimarka və İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər qatılıb.

Təlim-məşq toplanışının əsas məqsədi iştirakçı gimnastların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də keçirilib.

Təlim-məşq toplanışında Avropa Gimnastikasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Babette van Wetering, vitse-prezidenti Luis Nunes və digər ölkələrin nümayəndələri Samuel Castro, Anette Dalsten, Sergio Lucas və Adil Hüseynzadə ekspert qismində çıxış ediblər.

Təlim-məşq toplanışının idman yönümlü hissəsi ilə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqram da təşkil olunub. Ölkəmizə gələn gimnast və ekspertlər Bakının tarixini və müasirliyini əks etdirən görməli yerlərinə ekskursiya ediblər. Ölkəmizin zəngin tarixi, memarlığı və müasir inkişafı haqqında ətraflı məlumat əldə ediblər

Oxşar xəbərlər
Oxşar xəbərlər
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol