• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub

Azərbaycanın güləş millisi dünya çempionatını 4 medalla başa vurub
03.08.2025 23:30

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını Beləliklə 1 qızıl, 3 bürünc medalla başa vurub.

"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıb.

Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub.

Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova "tuş"la uduzub.

Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub - 2:0. Avropa çempionumuz bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci yeri tutub

Oxşar xəbərlər
Oxşar xəbərlər
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol