"Qarabağ" kolumbiyalı vingeri transfer edib

"Qarabağ" yeni transferini rəsmən açıqlayıb.Bu barədə klubdan məlumata verilib.
Bildirilib ki,Ağdam təmsilçisi kolumbiyalı vinger Kamilo Duranla anlaşıb,23 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı “Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
O, son olaraq Portuqaliyanın “Portimonense” komandasında çıxış edib.