"Qarabağ" Çempionlar Liqasında - Yenilənib

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Leandro Andrade və Abdullah Zubir fərqləniblər. Rəqib komanda da isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot diqqət mərkəzinə düşüblər.
İlk görüşdə 3:1 hesablı üstünlük əldə edən “Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
20:45
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı start götürüb.
Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
19:58
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb.
Komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
"Ferensvaroş": 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.
Baş məşqçi: Robbi Kin.