"Benfika” – “Qarabağ” matçının biletlərinin qiyməti açıqlanıb

UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq “Benfika” (Portuqaliya) – “Qarabağ” matçının biletlərinin qiyməti müəyyənləşib.Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib.
“Qarabağ” Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək.
Son xəbərlər
Daha çox 