FİFA 2026-cı il dünya çempionatının maskotlarını açıqlayıb

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının maskotlarını açıqlayıb.
Turnir Kanada, ABŞ və Meksika daxil olmaqla üç ev sahibi ölkədə keçiriləcək.
FİFA-nın açıqlamasına görə, hər maskot ev sahibi ölkəni simvollaşdırır. Kanadanı qapıçı Maple moose, Meksikanı hücumçu Zaia yaquar və ABŞ-ı müdafiəçi Klutch keçəl qartal təmsil edir.
FİFA prezidenti Canni İnfantino bildirib ki, bu talismanlar “dünya çempionatının özü kimi sevinc, enerji və birlik ruhu ilə doludur”.
Dünya çempionatı 11 iyun – 19 iyul 2026 tarixlərində keçiriləcək və ilk dəfə 48 komanda iştirak edəcək.