"Qarabağ" "Kopenhagen"lə oyunda ikinci qolu vurub - Canlı - Yenilənir

“Qarabağ” – “Kopenhagen” oyununda ikinci qol vurulub.
Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
83-cü dəqiqədə Emmanuel Addai fərqlənib.
***
"Qarabağ" - "Kopenhagen" matçında ilk qol vurulub.
Azərbaycan təmsilçisi hesabı açıb.
28-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
"Qarabağ" - "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək "Qarabağ" və Danimarkanın "Kopenhagen" kollektivlərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Aleksey Kaşuk, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
"Kopenhagen": Dominik Kotarski, Qabriel Perreyra, Pantelis Hatzidiakos, Yussuf Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Heskas, Markos Lopes, Roberto, Tomas Dileyni.
Matç saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Son xəbərlər
Daha çox 