Prezident “Qarabağ”ı təbrik edib

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının ikinci turunda Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edən “Qarabağ” komandasını təbrik edib.
Təbrik məktubunda bildirilir:
“Danimarka çempionu ‘Kopenhagen’ üzərində qazanılan inamlı qələbə münasibətilə ‘Qarabağ’ futbol klubunu və bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində iki oyunda iki parlaq qələbə qazanan ‘Qarabağ’, dünya futbolunun nəhəngləri ilə birinci pillələri paylaşmaqla xalqımızı sevindirir və qürurlandırır.”
Son xəbərlər
Daha çox 