"Atletik" - "Qarabağ" oyunu başlayıb - Canlı

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik" (Bilbao, İspaniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Parades, Oyan Sanset, İnyaki Uilyams (k), Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaporta, Yuri Berçiçe, Mikel Xaureqisar, Alexandro Reqo
"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir (k), Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.
"San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-da başlayacaq.