"Qarabağ" fransalı futbolçunu transfer edib
"Qarabağ" heyətinə yeni futbolçu qatıb.Bu barədə klubun mətbuat xidməti xəbər verir.
Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı oyunçu karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.