• $
  • £

“Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq

“Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq
17.02.2026 11:30

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.Bu barədə Metropolitendən bildirilib.

Belə ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.

Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol