"Qarabağ" "Nyukasl"a məğlub oldu - Yenilənib
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan kollektiv 1:6 hesabı ilə uduzub.
Matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.
Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"- "Nyukasl" (İngiltərə) matçı start götürüb.
Görüşü norveçli FIFA referisi Espen Eskos idarə edir.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Son xəbərlər
Daha çox