Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda reallaşan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
"Köhlən atlar"ın heyətində 22-ci dəqiqədə Joni Montiel, 55-ci dəqiqədə Kamilo Duran, 72-ci dəqiqədə Kadi Borges fərqlənib. "Qartallar"dan Ceyhun Nuriyev 70-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran Ağdam klubu ikinci pillədə qərarlaşıb. Meydan sahibləri 39 xalla dördüncüdür.
Son xəbərlər
Daha çox