• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Baş məşqçi “Qızıl top”u boykot etdi

Baş məşqçi “Qızıl top”u boykot etdi
05.12.2013 11:21
 Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv “Qızıl top” seçimində səsvermədən imtina edib. Lent.az-ın məlumatına görə, buna səbəb səsvermədəki hər bir iştirakçının etdiyi seçimin açıqlanması olub.2013-cü ilin yekunlarına əsasən, namizədlər siyahısına “Bundestim”in 5 futbolçusu – qapıçı Manuel Noyer, müdafiəçi Filipp Lam, yarımmüdafiəçi Bastian Şvaynştayger, hücumçu Tomas Müller (hamısı “Bavariya”) və hazırda İngiltərə “Arsenal”ında çıxış edən orta xətt oyunçusu Məsut Özil düşüb. Löv kollektivdə münasibətləri pozmamaq üçün bu oyunçulardan heç birini fərqləndirmək istəməyib.FİFA-nın “France Football” nəşri ilə birgə keçirdiyi sorğuda milli komandaların kapitanları və baş məşqçiləri iştirak edirlər. Onların hər biri ən yaxşı saydıqları 3 futbolçunun adını çəkməlidir. Bu isə o deməkdir ki, Löv hətta 3 almaniyalı futbolçunu ən yaxşı saysaydı belə, öz rəhbərliyi altında oynayan 5 nəfər arasından seçim etməli idi.Qeyd edək ki, “Qızıl top”a ümumilikdə 23 namizəd var. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Kriştianu Ronaldu (Portuqaliya, “Real Madrid”), Filipp Lam və Robert Levandovskini (Polşa, “Borussiya” Dortmund) seçib. Qalibin adı 2014-cü il yanvarın 12-də açıqlanacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol