Zidan "Marsel"in təklifini rədd etdi

"Real"ın əvəzedici komandası olan "Kastilya"nı çalışdıran Zinəddin Zidan "Marsel" klubundan təklif alıb.
Qol.Az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssis Fransa klubunun təklifini rədd edib.
Marselo Bielsanın istefasından sonra məşqçi axtarışlarını davam etdirən "Marsel" rəhbərliyi Zidanla anlaşa bilməyib. Klubun baş məşqçi vəzifəsinə digər namizədlər isə "Borussiya"nın (Dortmund) klubunun çalışdırıcısı Yurgen Klopp və "Əl Cəzirə"nin (Birləşmiş Ərəb Əmirlikləri) baş məşqçisi Erik Qeretsdir. Onların "Marsel"in təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Fransa Liqasının 1-ci turunda "Kan"a 0:1 hesablı məğlubiyyətdən sonra "Marsel" rəhbərliyi baş məşqçi Marselo Bielsanı istefaya göndərib.
www.ann.az

Son xəbərlər
Daha çox 