Sürücü yol polisini döyüb, paqonlarını cırdı

16:53 | 28.02.2015
Sürücü yol polisini döyüb, paqonlarını cırdı

Sürücü yol polisini döyüb, paqonlarını cırdı

Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb. 

"Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb. Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb. 

F.Seyidov saxlanılıb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM