Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün qoyulan vaxt uzadılıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən vaxt avqustun 15-dək uzadılıb.
İdarədən bildirilib ki, 15 avqust tarixi son həddir və sürücülər həmin müddətədək avtomobillərini mütləq texniki baxışdan keçirməlidirlər.
Qeyd edək ki, bir neçə gündür ki, texniki baxış mərkəzlərinin xüsusi ilə Maştağa qəsəbəsinin girişindəki mərkəzdə böyük növbələr yaranıb. Hətta Zabrat yolu tıxac səbəbindən bir müddət bağlı olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !