Sentyabrın 4-dən 5-nə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsində (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti bərpa olunub.Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun qeyd olunan hissəsində asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi və xətlənmə işləri nəzərdə tutulan müddətdə başa çatdırılıb. Xatırladaq ki, Bakı dairəvi yolunun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə bağlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !