Sürücülərin nəzərinə: bağlı yol açıldı

17:12 | 16.12.2014
Sürücülərin nəzərinə: bağlı yol açıldı

Sürücülərin nəzərinə: bağlı yol açıldı

Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, artıq bu gün saat 16:40-dan Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb.

Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətdə əsas yolu açılıb. Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır. Yaxın günlərdə həmin yollar da istifadəyə veriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM