Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır

18:39 | 16.04.2015
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır

Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır

Heydər Əliyev prospektində aparılan asfalt-beton işləri 3-4 gün ərzində tamamlanacaq.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir. Təmirinə başlanılmış Heydər Əliyev prospektində işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub: "Artıq prospektin şəhərə gediş hissəsində - Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan sahədə asfalt-beton örtüyünün döşənməsi və yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri yekunlaşıb. Paralel olaraq səki daşlarının dəyişdirilməsi, ayırıcı zolaq - tamet daşların döşənməsi, işıq dirəklərinin rənglənməsi, yerüstü piyada keçidinin yenidən qurulması həyata keçirilir. Bundan əlavə, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurularaq yağış barmaqlıqları yerləşdirilir”.

P.Mürsəliyev qeyd edib ki, aprelin 15-dən etibarən isə prospektin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb: "Bu gün axşam saatlarına qədər 2 km-dən artıq hissədə işlər yekunlaşacaq. Hava şəraiti normal keçərsə, yaxın 3-4 gün ərzində həmin hissədə asfalt-beton işləri tamamlanacaq. Nəzərdə tutulan qrafiki qabaqlamaq məqsədilə "Azəryolservis "ASC-nin bütün işçi qüvvəsi və texnikası səfərbər olunub. Həyata keçirilən təmir və abadlıq işlərindən sonra prospektin görkəmi tamamilə dəyişəcək”.
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM