"20 Yanvar" ərazisində yol genişləndirilmə işləri hazırlanır.
ANN.Az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə paytaxtın "20 Yanvar" dairəsi adlanan ərazisində genişləndirilmə işlərinə başlanılıb.
Alı Mustafayev küçəsinin Cavadxan küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündən gələn nəqliyyat vasitələri 20 yanvar ərazisinə daxil olan zaman müəyyən sıxlıq ilə qarşılaşırdı. Bunu nəzərə alaraq həmin ərəzidə yerləşən üçbucaq şəklində olan təhlükəsizlik adaları götürülərək genişləndirilmə işlərinə start verilib. Bundan əlavə, həmin hissədə hündürlüyü 50sm olan təkərqaytanlar mərmər səki daşları ilə əvəzlənəcək. Eyni zamanda avtobus və taksi dayanacaqlarının da genişləndirilməsi planlaşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !