Daha bir yol bağlandı

10:30 | 01.12.2014
Daha bir yol bağlandı

Daha bir yol bağlandı

Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Bakıda daha bir yol təmirə bağlanır.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkzəzinə verilən məlumata əsasən, Badamdar şossesinin Badamdar dairəsindən İzzət Nəbiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilmişdir. Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır. Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM