Sürücülərin nəzərinə: Daha bir yol istifadəyə veriləcək

11:02 | 13.11.2014
Sürücülərin nəzərinə: Daha bir yol istifadəyə veriləcək

Sürücülərin nəzərinə: Daha bir yol istifadəyə veriləcək

Olimpiya stadionu ərazisində möhtəşəm yol qovşağı tikilirI Avropa Oyunlarının Bakı şəhərində keçirilməsilə əlaqədar olaraq Böyükşor gölü sahilində yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə aparılan yol tikintisi yekunlaşmaq üzrədir.ANN.Az ANS PRESS-ə  istinadən verdiyi xəbərə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel, 6 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq 2 tunel, 2 körpü, 1 piyada tuneli və 1 piyada körpüsü nəzərdə tutulub. Bu haqda məlumatı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev verib“İşlərin 70 faizi yerinə yetirilib. Birinci körpünün uzunluğu 276 m, qapalı hissəsi 58,5 metr olan 1-ci tunelin və uzunluğu 205 m.dir. İkinci körpünün uzunluğu 169 m.-dir. Körpülərin tikintisi başa çatdırıldıqdan sonra yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa çıxışı təmin olunacaq”, - deyə Pünhan Mürsəlyev bildirib.Tikinti işlərinin böyük hissəsi yerinə yetirilən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən uzunluğu 462 m, qapalı boyu 54,3 metr olan 2-ci tunel yeni tikilən avtomobil yolundan istifadə etməklə Olimpiya stadionu ərazisinə birbaşa təhlükəsiz hərəkəti təmin edəcək. Stadion ərazisində tikilən dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaradacaq.Bundan əlavə, “Koroğlu” metro stansiyası ərazisindən Olimpiya stadionuna piyadaların təhlükəsiz keçidini təmin etmək məqsədilə inşa olunan piyada körpüsündə işlərin 80 faizi yerinə yetirilib. Piyada tunelində isə qazma işləri başa çatdırılıb.Sözügedən layihələrin 2015-ci ilin aprel ayınadək başa çatdırılması nəzərdə tutulub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM