Paytaxtın əsas yolarından birinin bağlananacağı məlumatı yayılıb. Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilib. Mərkəzdən bildirilib ki, Nobel prospekti Zığ şossesi istiqamətində, “Ağ şəhər”in qarşısında 3 zolaq bağlanacaq.Yolun bağlanmasına səbəb ərazidə aparılan qazıntı işləridir. Bu səbəbdən qurum sürücülərə həmin istiqamətlərdə hərəkət etməməyi xahiş edir. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !