Sürücülərin nəzərinə!

13:00 | 09.05.2014
Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

"Hərəkət səhər saatlarında yenidən bərpa olunacaq”

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev açıqlamasında bu gün gecə saatlarından etibarən Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağını deyib. 

Onun sözlərinə görə səhər saatlarından etibarən nəqliyyat vasitələrinin həmin küçədə hərəkətinə icazə veriləcək: 

“Həmin küçədə yol cizgiləri xətləri pozulub. Bu gün gecə saat 22:00-dan etibarən, Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti yavaş-yavaş məhdudlaşdırılacaq.Yol cizgiləri xəttləri yenidən rənqlənəcək. Hərəkət səhər saatlarında yenidən bərpa olunacaq”.(ANS)

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb