Şri-Lanka prezidenti Maytripala Sirisenanın kiçik qardaşı iki gün əvvəl balta ilə silahlanmış kişi tərəfindən aldığı yaralardan keçinib.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, insident mərhum Priyantxa Sirisenanın doğma şəhəri Polonnaruvada baş verib.
Şri-Lanka hökumətinin bəyanatına əsasən, dövlət başçısının qardaşı cümə axşamı dostu ilə yaranan mübahisə zamanı xəsarət alıb.
O, təcili olaraq paytaxt xəstəxanasına çatdırılıb və əməliyyat olunub, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb. Polis hücum edən şəxsin həbs olunduğunu məlumat verib.
Priyantxa Sirisena ailədə 12 uşaqdan ən kiçiyi olub. Hadisə baş verən zaman qardaşı, Şri-Lanka prezidenti Çində səfərdə olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !