Türkiyənin Diyarbəkir, Şırnak və Mardin əyalətində Kobanidəki hadisələri bəhanə edərək etiraz edən şəxslərlə polis arasında qarşıdurma olub.
ANN.Az Publika.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ocaq qalayaraq yollarda barrikadalar qurublar. Şırnakın Silopi mahalında molotof kokteyli ilə poçt binasını yandırıb, AKP-nin yerli inzibati binasına hücum ediblər. Beynəlxalq İpək Yolundakı işıqlandırma dirəklərini aşırıblar.
Məktəb binasından bir qrup gənc tərəfindən Atatürkün büstü pəncərədən aşağı atılıb. Nümayişçilərdən birinin büstün başıyla top oynamağa çalışması diqqət çəkib. Polis müdaxilə edərək havaya xəbərdarlıq atəşi açmaqla aksiya iştirakçılarını dağıdıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !