Keçmiş Sovet İttifaqının arxivlərində Türkiyə ilə bağlı yeni sənədlər üzə çıxıb. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.Belə ki, 1938-ci ildə keçmiş SSRİ-nin Türkiyədəki səfiri Aleksey Terentyev Moskvaya teleqram ünvanlayaraq Mustafa Kamal Atatürkün ağır xəstə olduğunu və almanların Türkiyədə fəaliyyətlərini artırdığını bildirib.SSRİ Xarici İşlər Nazirliyinin 1990-cı ildə yaydığı arxiv məlumatlarına görə, A.Terentyev 17 noyabr 1938-ci ildə Moskvaya nazirliyə göndərdiyi teleqramda qeyd edib: "Atatürkün səhhəti o qədər pisdir ki, həm Ankara, həm də İstanbulda hökumət və işgüzar dairələr artıq onun (red. - Atatürk) bu vəziyyətini qəbul ediblər. Həkimlərə görə, ürəkgetmə ilə nəticələnən mütəmadi ağır sancılar Atatürkü həyatının sonuna qədər yataq xəstəsi edib. Heç şübhəsiz ki, Atatürk artıq siyasi səhnəyə qayıtmayacaq".Sovet səfiri bildirib ki, Avropada o dövrdə yaşananlar Türkiyənin hökumət və işgüzar dairələrində ölkənin taleyi ilə əlaqədar təşvişə səbəb olub: "Atatürkün səhhətinin ümidsiz olduğunu anlayan almanlar hərbi sahə başda olmaqla Türkiyədə fəaliyyətlərini artırır".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !