SSRİ-nin dağılması təbiətə də ciddi zərbə vurub

22:56 | 22.01.2015
SSRİ-nin dağılması təbiətə də ciddi zərbə vurub

SSRİ-nin dağılması təbiətə də ciddi zərbə vurub

Alimlərin qənaətinə görə, SSRİ-nin çökməsinin sosial-iqtisadi fəsadları bölgənin canlı təbiəti üçün təsirsiz ötüşməyib.

Rusiyada iri növ məməlilərin müşahidəsi onların sayının 1991-ci ildən sonra kəskin azalmasını göstərib.

Tədqiqat müəllifləri bu halın mümkün səbəbləri arasında brakonyerlik, canlı təbiət və ətraf mühitin qorunması işində geriləməni qeyd edirlər.

"Conservation Biology" dərgisində dərc edilmiş tədqiqata əsasən belə dövrlərdə problemin həlli üçün beynəlxalq yardımın göstərilməsi mühüm rol oynaya bilər.

"Müəyyən edildiyi kimi, 1990-cı illərin əvəllərində Rusiyanın əksər ərazilərində qaban, qonur ayı və sığırın sayı kəskin sürətdə azalıb. Bu, SSRİ dağıldıqdan dərhal sonra baş verib" - deyə tədqiqat müəlliflərindən biri, ABŞ Viskonsin Universitetinin əməkdaşı Yevgeniya Bragina izah edib.

Yevgeniya Bragina vurğulayır kı, qeyd etdiyi 3 növ heyvanların sayında kəskin azalma SSRİ-nin dağılması dövrünə təsadüf edib.

Alimlər həmin müddət ərzində yalnız canavarların sayının artdığını bildirir.

"Sovet İttifaqında boz qurdların sayı tənzimlənirdi. O zaman canavarlara ov stimullaşdırılırdı" - Bragina davam edir.

Alim güman edir ki, sığırların sayının azalmasının əsas səbəbi 1990-cı illərdə canavarların sayının 150 faiz artması ilə bağlı ola bilər.

Qonur ayıların da sayı 1990-cı illərin əvvəllərindən azalmağa başlayıb.

Tədqiqatın nəticələrinə əsasən, 2000-ci ildən başlayaraq vəziyyət dəyişməyə başlayıb.

Y.Braginanın sözlərinə görə, Rusiyada vəhşi qabann nəsli 1991-ci illə müqayisədə son 10-15 ildə artmağa başlayıb: ""1990-cı illərdə biz onların təxminən yarısını itirdik. Bu növ heyvanlar dəyişən şəraitə yaxşı uyğunlaşır. Bir neçə ildən sonra qabanlar yeni qida mənbəyi taparaq nəsillərinin sayını artırmağa başladı".

Digər növ məməlilərin - ceyranların, ayıların nəslində də artım müşahidə olunmağa başlayıb. Lakin bəzi heyvan növlərinin sayı azalmaqda davam edir. Belələrindən biri Avrasiya vaşağıdır.

Lakin bəzi alimlər hesab edir ki vaşaqların sayının azalması uzunmüddətli amillərlə bağlıdır və 1990-cı illərin hadisələrilə əlaqəsi yoxdur.

Yevgeniya Braginanın sözlərinə görə, tədqiqat göstərir ki, sosial və iqtisadi infrastrukturun gözlənilməz sürətdə çokməsi böyük ehtimalla ölkənin faunasına təsir edə bilər (BBC).
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM