SSRİ-nin ilk və sonuncu keçmiş prezidenti Mixail Qorbaçov Berlində Almaniyanın kansleri Angela Merkel ilə görüşündə Rusiyanın, onun prezidenti Vladimir Putinin mövqeyini müdafiə etmək niyyətindədir.
ANN.Az Modern.az-a istinadən məlumat verir ki, Qorbaçov deyib: “Mən, əlbəttə, alman divarlarının sökülməsinin 25 illiyini səbəb gətirərək deyəcəyəm ki, artıq təkcə daşdan deyil, həm də mənəvi və ümümbəşəri heç bir divar olmasın. Uşaq nağıllarından birində deyildiyi kimi: “Dostluq şəraitində yaşama lazımdır”.
O, Berlində keçiriləcək forumda iştirakı zamanı rəhbərlərlə və ictimai xadimlərlə görüşlərində Rusiyanın mövqeyini müdafiə edəcəyini bildirib: “Bu isə prezident Vladimir Putini müdafiə etmək demək olacaq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !